Ermənistan parlamentinin spikeri Koçaryanı Rusiyanın casusu adlandırıb
sizinxeber.az xəbər saytı

Ermənistan parlamentinin spikeri Koçaryanı Rusiyanın casusu adlandırıb


Ermənistan parlamentinin spikeri Alen Simonyan ikinci prezident Robert Koçaryanı "Rusiyanın casusu" adlandırıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Siyasi bəyanatlar vermək hüququnun olduğunu deyən A.Simonyan jurnalistlərə bildirib ki, casusluqla bağlı faktlara malik olmasa da, o, siyasətçidir və keçmiş prezident və onun rəhbərlik etdiyi "Hayastan" blokunun nümayəndələrinin səsləndirdiyi tezislərin təhlili əsasında siyasi bəyanat verir. Spikerin qiymətləndirməsinə görə, bu tezislər Rusiyanın mövqeyi ilə üst-üstə düşür.

O həmçinin Belarusun nümunəsində Ermənistanın İttifaq dövlətinə qoşulmasına tərəfdar olan Gümrünün yeni meri Vardan Qukasyanın (onun sözlərinə görə, Robert Koçaryan tərəfindən dəstəklənir) mövqeyini xatırladıb. A.Simonyan bu səbəbdən R.Koçaryanı "Rusiyanın maraqlarına xidmət edən" siyasi xadim hesab edir.

Oxşar xəbərlər

Ermənistan parlamentinin sədri: Hər 3 keçmiş prezidentimiz siyasi meyitlərdir
Alen Simonyan: Reqlamentin mövcudluğu Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir
Simonyan Ermənistan-Azərbaycan danışıqlarının dalana dirəndiyini düşünmür
Simonyan: Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır
Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər