Gürcüstan-Azərbaycan münasibətləri və tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib
sizinxeber.az xəbər saytı

Gürcüstan-Azərbaycan münasibətləri və tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib


Batumidə Acariya Muxtar Respublikasının hökumət sədri Sulxan Tamazaşvili Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə görüşüb.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, bu barədə məlumatı Acariya hökuməti yayıb.

Görüşdə Batumidəki Baş konsul Fuad Əzizov da iştirak edib.

Gürcüstan və Azərbaycan arasında mövcud ikitərəfli münasibətləri və tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edilib.

Hökumət başçısı qonaqlara regionun turizm potensialı və hazırda həyata keçirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu tərəfdaşlıq mədəni, humanitar, iqtisadi və təhsil sahələrini də əhatə edir.

F. Quliyev mədəniyyət naziri Elisso Bolkvadze ilə də görüşüb. Tərəflər Azərbaycan – Gürcüstan münasibətləri, mədəni əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin gerçəkləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Azərbaycanın Tbilisidəki səfiri Gürcüstan DTX-nin rəisi ilə regional təhlükəsizliyi müzakirə edib
Azərbaycan səfiri acarıstanlı nazirlə mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Tbilisidə Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfər planının təfərrüatları müzakirə olunub
Gürcüstan və Ermənistan parlament spikerləri regional əməkdaşlığı müzakirə edib
Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb, regionda sülh prosesini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər