Qazaxıstan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə dəyişiklik edib
sizinxeber.az xəbər saytı

Qazaxıstan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə dəyişiklik edib


Qazaxıstan Parlamentinin aşağı palatasının növbəti iclasında “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinə dəyişikliklər edilməsi haqqında Protokolun ratifikasiyası haqqında” qanun qəbul edilib.

“Report”un yerli bürosunun məlumatına görə, qanun layihəsi ratifikasiya olunmaq üçün parlament Senatına göndərilib.

Edilən düzəlişlər Katibliyin sənədlərinin təsdiq edilməsi funksiyalarını Xarici İşlər Nazirləri Şurasına, onların yekun qəbulu funksiyalarını isə Dövlət Başçıları Şurasına həvalə edir.

Bundan əlavə, Türkdilli Dövlətlərin Parlament Assambleyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı qohum təşkilatlar, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu isə tərəfdaş qurumlar kimi müəyyən edilib.

Bununla yanaşı, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası haqqında əsasnamə “təsdiqlənməyəcək (qəbul edilməyəcək)”, Xarici İşlər Nazirləri Şurası tərəfindən ona “razılıq veriləcək”. Eyni zamanda, beynəlxalq forumlar Naxçıvan Sazişi üzrə təşkilatın monitorinq tərəfdaşları siyahısından çıxarılıb.

Oxşar xəbərlər

Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür
Qazaxıstan TDT çərçivəsində sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi təsdiqləyib
Türkdilli dövlətlərin Xizək Kuboku keçiriləcək 
"Türkdilli Dövlətlərin Xizək Kuboku" həvəskarlar arasında keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər