Türkdilli dövlətlərin Xizək Kuboku keçiriləcək 
sizinxeber.az xəbər saytı

Türkdilli dövlətlərin Xizək Kuboku keçiriləcək 


17-20 fevral tarixlərində Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı ilə Özbəkistanın Amirsoy Dağ Kurortunda “Türkdilli Dövlətlərin Xizək Kuboku” keçiriləcək.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, bu qərar Şahdağda keçirlən Xizək Alpinizmi üzrə Dünya Kuboku çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Əzimov və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov arasında baş tutan görüşdə qəbul edilib.

Yarışın əsas məqsədi türkdilli dövlətlər arasında idman əlaqələrinin inkişafını təşviq etmək, birgə əməkdaşlığı və dostluq əlaqələrini genişləndirmək, həmçinin qış idman növlərinə olan marağı artırmaqdır.

Görüş çərçivəsində həmçinin 2025-ci ildə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafına və genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, həyata keçirilməsi nəzərdə tutulan layihələr və tədbirlər müzakirə olunub.

Oxşar xəbərlər

Türkdilli ölkələrin Xizək Kurortları İttifaqı yaradılıb
Qış İdman Növləri Federasiyasının baş katibi: "Bizim üçün bu tədbir önəmli idi"
Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib
Federasiya rəsmisi: "Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik"
Oxu.Az TÜRK dilində: Qarşımızda dayanan yeni missiya

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle