sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ermənistanın İstintaq Komitəsi: Sərhədçinin ölümü ilə bağlı iş üzrə onun xidmət yoldaşı saxlanılıb
Erməni sərhədçinin ölümü ilə bağlı iş üzrə onun xidmət yoldaşı saxlanılıb.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
Müddətli xidmətdə olan sərhədçi Artur Avetisyanın ona təhkim edilmiş avtomat silahdan atəş açaraq intihar etdiyi ehtimal edilir. Hadisə aprelin 25-də Sünikdə baş verib.
Daha əvvəl məlum olub ki, erməni sərhədçinin ölümü ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (döyüş növbətçiliyi zamanı özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Ermənistan İstintaq Komitəsi: Sərhədçi minaya düşməyib, güllə yarasından ölüb - YENİLƏNİB
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Ermənistanda deputatın ölümü ilə bağlı cinayət işi açılıb
Ermənistan sərhədçisi minaya düşərək ölüb
Ermənistanda əsgərin ölümü ilə bağlı saxlanılan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












