Rusiya prezidentinin köməkçisi BMT-də islahatların aparılmasını mümkün hesab edib
sizinxeber.az xəbər saytı

Rusiya prezidentinin köməkçisi BMT-də islahatların aparılmasını mümkün hesab edib


Birləşmiş Millətlər Təşkilatında, o cümlədən onun Təhlükəsizlik Şurasında dəyişən dünya nizamını nəzərə almaq üçün islahatlar aparıla bilər.

“Report” xəbər verir ki, bunu “TASS”a müsahibəsində Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının rəhbəri Nikolay Patruşev deyib.

“Qərblilər qəti şəkildə etiraf etmək istəmirlər ki, dünya onların ssenarilərinin əksinə olaraq transformasiyaya uğrayır. Birqütblü Qərbmərkəzli dünya öz faydalılığını itirib, çoxqütblülük yaranır. Biz BMT-də islahatların aparılmasını yeni dünya nizamı prosesinin məntiqi nəticəsi hesab edirik. Təşkilatın Təhlükəsizlik Şurası bütün dünya birliyinin maraqları nəzərə alınmaqla dəyişdirilə bilər”, - deyə o vurğulayıb.

Patruşev qeyd edib ki, de-fakto iqtisadi və siyasi gündəmi artıq qlobal əksəriyyəti təmsil edən və fikirlərinə Qərb tərəfindən uzun illər məhəl qoymayan ölkələr formalaşdırır.

Rusiya prezidentinin köməkçisi qeyd edib ki, BRİKS və ŞƏT assosiasiyalarının populyarlığı artır.

Oxşar xəbərlər

Patruşev: Qərblilər digər ölkələrdə kütləvi iğtişaşlar təşkil edir
Patruşev: NATO təlimlər zamanı Kalininqradın ələ keçirilməsi ssenarilərini tətbiq edir
Patruşev: Ukrayna ilə bağlı danışıqlar yalnız Rusiya və ABŞ arasında aparılmalıdır
Antonio Quterreş: Təhlükəsizlik Şurası 1945-ci ilin dünyasını əks etdirir
Braziliya BMT TŞ-nin daimi üzvü olmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər