Gia Volski: Gürcüstanın regionda təhlükəsizliyi təmin etmək potensialı var
Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında maraqlı olan neytral ölkə kimi regionda təhlükəsizliyi təmin etmək potensialına malikdir.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Parlamentinin birinci vitse-spikeri Gia Volski bildirib.
Deputat bu fikri Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Ermənistana rəsmi səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, strateji tərəfdaşlarla münasibətlərin inkişafı Gürcüstan hökuməti üçün xüsusi əhəmiyyət kəsb edir:
“Ümumiyyətlə, bu səfərin daşıdığı simvolizm çox vacibdir. Yeni seçilmiş prezident əvvəlcə Bakıya, indi isə İrəvana səfər edib. Nümayəndə heyətləri bir sıra məsələləri müzakirə edirlər və bu kontekstdə Gürcüstanın neytral oyunçu kimi regionda təhlükəsizliyi təmin etmək və Ermənistanla Azərbaycan arasında problemlərin həllinə dəstək vermək potensialına malik olduğunu vurğulamaq xüsusilə önəmlidir”, – Volski deyib.
Oxşar xəbərlər
Vitse-spiker: Gürcüstanın regionda təhlükəsizliyi təmin etmək potensialı var
Gürcü vitse-spiker: Azərbaycanla strateji əməkdaşlıq təkcə bizim üçün deyil, bütün dünya üçün maraqlıdır
Gürcüstanın Baş naziri: Azərbaycanla strateji tərəfdaşlığımız regionda sabitliyin təminində mühüm rol oynayır
Gürcüstan Prezidentinin Ermənistana rəsmi səfəri başlayıb
Ekspert: Türkiyə və Azərbaycanla mehriban münasibətlərin qorunması Gürcüstan üçün xüsusilə vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












