ABŞ-nin Yəmən limanına endirdiyi zərbə nəticəsində Rusiya vətəndaşları yaralanıb
sizinxeber.az xəbər saytı

ABŞ-nin Yəmən limanına endirdiyi zərbə nəticəsində Rusiya vətəndaşları yaralanıb


ABŞ-nin Yəmənin Ras-İsa limanına endirdiyi zərbələr nəticəsində üç Rusiya vətəndaşı yaralanıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının Sənada yaratdığı hökumətin xarici işlər və mühacirlər naziri Camal Əmir “X” sosial şəbəkəsində bildirib.

“Dünən Amerikanın reydləri Ras-İsa limanında neft yükünün boşaldılmasının qarşısını almağa yönəlib. Nəticədə Rusiya vətəndaşı olan üç dənizçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar - Roman Kaşpor, İqor Kazaçenko və Artem Vanindir”, - deyə o əlavə edib.

Nəşrdə gəminin hansı bayraq altında üzdüyü və Rusiya neftini daşıyıb-daşımadığı göstərilmir.

Oxşar xəbərlər

ABŞ-nin Sənaya endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb
ABŞ-nin Yəmənə endirdiyi zərbə nəticəsində azı 70 husi öldürülüb
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB
ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində azı 22 nəfər həlak olub
Rusiyanın Mirnoqrada endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər