İran XİN rəhbəri ABŞ ilə nüvə sazişi üzrə danışıqlardan məmnun olduğunu bildirib
İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ ilə aparılan danışıqların gedişindən razı qaldığını bildirib.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, İran dövlət televiziyasında jurnalistlərlə söhbətində bildirib.
"Biz danışıqların gedişindən razıyıq. Hər iki tərəf ciddidir. Razılaşmanın əldə olunmasına nikbin baxıram, amma ehtiyatla", - o qeyd edib.
Bununla belə, Əraqçı deyib ki, müəyyən fikir ayrılıqlarına görə tərəflər daxildə əlavə məsləhətləşmələr aparmalıdırlar: “Danışıqların üçüncü raundu əvvəlkilərdən daha ciddi oldu, biz tədricən texniki detalları araşdırırıq”.
Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ekspertləri dialoqun növbəti raunduna qoşula bilərlər.
"İndi biz tədricən ümumi məsələlərdən kənara çıxırıq və təfərrüatlara keçirik. Düşünürəm ki, növbəti görüşdə AEBA-nın ekspertləri də bizə qoşulacaq", - XİN başçısı vurğulayıb.
Oxşar xəbərlər
Tramp ABŞ və İran arasında danışıqların çox yaxşı getdiyini açıqlayıb
İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir
İran Prezidenti ölkəsinin maraqları nəzərə alınacağı təqdirdə ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib
İran Avropa ilə nüvə sazişi üzrə danışıqların bərpa olunacağını açıqlayıb
İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












