İstanbuldakı zəlzələyə görə məktəb və universitetlərdə ikigünlük tətil elan edilib
Türkiyənin İstanbul vilayətində qeydə alınan zəlzələyə görə məktəb və universitetlərdə ikigünlük tətil elan edilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin açıqlama verib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi ilə vəziyyət qiymətləndirilib.
"Daxili İşlər Nazirliyi və AFAD mümkün problemli vəziyyətdə məktəblərin toplanma mərkəzi kimi də istifadə edilə biləcəyini nəzərə alaraq bizdən sabah və sonrakı gün üçün məktəblərdə tətil edilməsi istiqamətində dəstək istədilər. İndi Daxili İşlər Nazirliyimizin tələbi əsasında məktəblərimizdə iki gün tətil elan edirik", - nazir qeyd edib.
O əlavə edib ki, universitetlərdə də cümə axşamı və cümə günləri üçün tətil elan olunub:
"Dövlət qurumlarında işləyən əlillər, hamilə qadınlar, müharibə əlilləri və 10 yaşdan kiçik uşağı olan anaların da bu müddət ərzində hər hansı bir əməliyyata ehtiyac olmadan inzibati məzuniyyətli sayılacaq. Səhiyyə və təhlükəsizlik qurumlarında çalışan personala isə bu, şamil edilmir".
Oxşar xəbərlər
Türkiyədəki zəlzələyə görə məktəb və universitetlərdə iki günlük tətil elan edilib
İstanbulda zəlzələyə görə məktəb və universitetlərdə tətil elan edilib
Finlandiyada ticarət işçilərinin tətili başlayıb
Tehranda hava çirkliliyi səbəbilə məktəblərdə tətil elan olunub
Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












