Giorgi Volski: Fransanın Gürcüstandakı Səfirliyinin dəstəklədiyi QHT-lər ölkəyə zərər vurur
sizinxeber.az xəbər saytı

Giorgi Volski: Fransanın Gürcüstandakı Səfirliyinin dəstəklədiyi QHT-lər ölkəyə zərər vurur


Fransanın Gücrüstandakı Səfirliyinin dəstəklədiyi QHT-lər ölkəyə zərər vurur

“Sizinxeber.az”un yerli bürosunun xəbərinə görə, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Giorgi Volski deyib.

O, bildirib ki, qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi proqramlar ölkəyə heç bir fayda vermir və yalnız inqilabi proseslərin inkişafına xidmət edir. G.Volski bildirib ki, həmin təşkilatların proqramları cəmiyyətə heç bir fayda vermir, əksinə, dövlətçiliyə qarşı təhlükə yaradır: “Bu proqramlar yalnız inqilabi prosesin inkişafına xidmət edir. Onlar konkret bir ölkənin və ya ölkələr birliyinin təşkilatıdır. Bu, dərin dövlətin formasıdır və həmin strukturların marionetkası olan siyasətçilər, həm Avropada, həm də Gürcüstanda fəaliyyət göstərirlər. Onların isə öz növbəsində daha kiçik marionetkaları var ki, onlar da idarə olunur”, - Volski qeyd edib.

O, Fransa Səfirliyinin bu məsələ ilə bağlı heç bir açıqlama verməməsini də tənqid edib və bunu Qərb maliyyəsinin dağıdıcı məqsədlərlə istifadə olunduğuna dair daha bir sübut kimi qiymətləndirib.

Oxşar xəbərlər

Gürcü vitse-spiker: Azərbaycanla strateji əməkdaşlıq təkcə bizim üçün deyil, bütün dünya üçün maraqlıdır
Gürcüstan parlamentinin vitse-spikeri: 3+3 platformasında nə siyasi, nə də iqtisadi iştirakda maraqlıyıq
Deputat: Salome Zurabişvili real deyil, paralel bir dünyada yaşayır
“Gürcü Arzusu”: Qaribaşvilinin istefası ilə bağlı xəbərlər dezinformasiyadır
Fransa Azərbaycan səfirliyinin iki diplomatını “persona non-grata” elan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər