Gürcüstanda universitetlərdə ana dili dərsləri məcburi olacaq
Gürcüstanda ali təhsil müəssisələrində ana dilinin tədrisi məcburi olacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclər Komitəsinin sədri Givi Mikanadze bildirib.
Onun sözlərinə görə, qanunvericilik təşəbbüsü artıq komitə tərəfindən dəstəklənib və iyun ayının ortalarında qanun qüvvəyə minəcək. Gürcüstan Təhsil Nazirliyi bu müddət ərzində yeni qaydalara uyğun tədris proqramı hazırlayacaq.
Təklif Tbilisi Dövlət Universitetinin professorları Nana Maçavariani və Georgi Qoqolaşvilinin təşəbbüsüdür.
Qeyd edək ki, 2005-ci ildən etibarən universitetlərdə gürcü dili fənni ləğv edilmişdi. Yeni dəyişikliklərdən sonra bu fənnin yalnız filologiya fakültəsində deyil, bütün fakültələrdə məcburi tədrisi nəzərdə tutulur.
Oxşar xəbərlər
Gürcüstanda QHT-lərin dövlət qərarlarının qəbulunda iştirakı qadağan edilib
Gürcüstanda QHT-lərin ictimai qərarların qəbulunda iştirakı məcburi olmayacaq
Prezident: Sevindirici haldır ki, son illərdə Çində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi mərkəzləri yaradılıb
Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin dərs saatı artırıla bilər
Anadolu Liseyində Azərbaycan dili fənni ləğv edilib - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













