Gürcüstanda QHT-lərin dövlət qərarlarının qəbulunda iştirakı qadağan edilib
sizinxeber.az xəbər saytı

Gürcüstanda QHT-lərin dövlət qərarlarının qəbulunda iştirakı qadağan edilib


Gürcüstanda QHT-lərin dövlət qərarlarının qəbulunda iştirakı qadağan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentində Qeyri-Hökumət Təşkilatlarının (QHT) dövlət qərarlarının qəbulunda iştirakını qadağan edən qanun layihəsi qəbul edilib.

81 deputatın lehinə səs verdiyi yeni qanunda 14 müxtəlif normativ akta dəyişiklik edilməsi nəzərdə tutulur.

Bununla da Gürcüstanda QHT-lərin dövlət idarəetmə prosesində məcburi iştirak prinsipi ləğv olunub. Xüsusilə, Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin, Prokurorlar Şurasının və Hakimlərin İntizam Kollegiyasının seçilməsi prosesində QHT-lərin rəyi artıq tələb edilməyəcək.

Oxşar xəbərlər

Gürcüstanda QHT-lərin ictimai qərarların qəbulunda iştirakı məcburi olmayacaq
Gürcüstanda LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edilib
Gürcüstanda QHT-lərin qərar qəbulu proseslərində iştirakı məhdudlaşdırılır
Arbitrajla əlaqədar ərizələrə görə müəyyənləşən dövlət rüsumları son oxunuşda təsdiqlənib
Gürcüstanda 230-dan çox QHT “xarici agentlər” haqqında qanun çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle