Ermənistanda gedişhaqqının artırılmasına etiraz edənlər yolu bağlayıblar
sizinxeber.az xəbər saytı

Ermənistanda gedişhaqqının artırılmasına etiraz edənlər yolu bağlayıblar


Ermənistanın Proşyan və Kasax kəndlərinin sakinləri yenidən etiraz aksiyası keçirərək bu kəndləri İrəvanla birləşdirən avtobus marşrutlarının ləğvi haqqında qərara yenidən baxılmasını tələb ediblər.

“Sizinxeber.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar Kotayk qubernatoru Aaron Saakyanın aksiyanın keçirildiyi əraziyə gəlməsini tələb edirlər. Əks halda onlar Aştarak-İrəvan yolunu bağlayacaqlar.

Kasax və Proşyanı İrəvanla birləşdirən 25 və 59 nömrəli avtobus marşrutlarının fəaliyyətinin dayandırılmasına etiraz edən sakinlər onların əvəzinə indi daha bahalı mikroavtobusların işlədiyini bildiriblər.

Etirazçılar yolu bağlamaq niyyətləri barədə əvvəlcədən xəbərdarlıq ediblər. Hadisə yerinə polis qüvvələri cəlb edilib.

Xatırladaq ki, aprelin 9-da Kasax və Proşyan sakinlərinin hökumət nümayəndələri ilə görüşü keçirilib. Həmin vaxt onlara problemin həll olunacağı və tariflərin dəyişməyəcəyi vəd edilib. Lakin kənd sakinlərinin sözlərinə görə, heç bir dəyişiklik baş verməyib. Hakimiyyətin qərarına əsasən, sərnişindaşıma xidmətini artıq İrəvan meriyası deyil, "Multitransport" şirkəti yüksək tariflərlə həyata keçirəcək. Əvvəllər gedişhaqqı 100 və 150 dram idisə, indi bu məbləğ 250 ($0,64) və 200 dram olacaq.

Oxşar xəbərlər

Ermənistanın iki kəndinin sakinləri nəqliyyat problemlərinə görə etiraz aksiyası keçirirlər
İsrail müdafiə nazirinin evinin yaxınlığında etiraz aksiyası keçirilib
Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirilir
Parisdə etiraz aksiyası zamanı polis gözyaşardıcı qaz tətbiq edib
Berlin küçələrinə 150 mindən çox etirazçı çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər