Ermənistanın iki kəndinin sakinləri nəqliyyat problemlərinə görə etiraz aksiyası keçirirlər
Ermənistanda Kasax və Proşyan kəndlərinin sakinləri icmaların nəqliyyat problemlərinin həll edilməsi tələbi ilə Aştarak-İrəvan yolunu bağlayıblar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
"Vergi və rüsumları artırdılar, indi isə gediş haqqını qaldırırlar və insanların bir-birinin üstündə oturduğu "Qazel”ləri bizə qaytarırlar. Bizə əlil insanlar üçün uyğun olmayan mikroavtobuslar təklif edirlər. Bundan başqa, maşınların sayı az olacaq, bu isə o deməkdir ki, mikroavtobuslar böyük intervalla işləyəcək. Gediş-gəliş isə 700 drama ($1,78) başa gələcək", - etirazçılar bildiriblər.
Qeyd edək ki, dünən Kasax və Proşyan kəndinin sakinləri ilə hökumət nümayəndələri arasında görüş keçirilib və onlara hər iki kəndi İrəvanla birləşdirən iki marşrutun ləğv ediləcəyi bildirilib.
Oxşar xəbərlər
İrəvanda nəqliyyat tariflərinin artırılmasına qarşı etiraz aksiyaları dörd gündür davam edir
İrəvanda on minlərlə insan nəqliyyatda gediş haqlarının artırılmasına etiraz edir
Simonyan xəritə yaydı: Tavuşda heç bir kəndi vermirik
Serbiyada etirazçılar ən böyük nəqliyyat qovşağını bağlayıblar
İranda elektrik enerjisinə görə 24 əyalətdə etiraz aksiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













