Ukrayna səfiri Türkiyəni digər vasitəçilərə nümunə göstərib: Güclü olmaq şərtdir
Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq üçün Türkiyə kimi güclü olmaq şərtdir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
O, Türkiyəni digər vasitəçilik iddiasında olan dövlətlərə nümunə göstərib:
“Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan davam edən bu müharibəyə son qoymaq üçün çox səy göstərdilər, vaxt sərf etdilər. Əldə olunan və dünya miqyasında uğurlu olan “Taxıl sazişi” həm də Türkiyənin uğurudur. Türkiyə əsir mübadiləsində də uğurlu olmuşdu. Türkiyə dünyada liderdir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Müharibənin ilk günündən etibarən Türkiyə vasitəçilik səylərini davam etdirir. Rəsmi Ankaranın vasitəçiliyi ilə indiyədək tərəflər arasında əsir mübadiləsi həyata keçirilib, "Taxıl sazişi" imzalanıb.
Oxşar xəbərlər
Ərdoğan: “Azərbaycanlılar 30 ildən sonra Qarabağa, öz torpaqlarına qayıtdılar” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Türkiyənin silah istehsalçıları ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Türkiyə Ukrayna münaqişəsi ilə bağlı İstanbul prosesini bərpa etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dmitri Medvedev: Ukrayna Rusiya ərazisidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri: “Ukraynadakı münaqişə dünya müharibəsinə çevrilə bilər” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












