Zelenski Türkiyənin silah istehsalçıları ilə görüşəcək
Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfəri zamanı silah istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşməyi planlaşdırır.
Bu barədə dövlət başçısının aparatı məlumat yayıb.
Prezident Aparatının Telegram kanalında yayılan məlumatda bildirilir ki, "səfər zamanı müdafiə-sənaye sahəsində birgə layihələrə xüsusi diqqət yetiriləcək”: “Vladimir Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlərin tikildiyi gəmiqayırma zavodlarına baş çəkəcək və Türkiyənin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcək".
Martın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi bəyan edib ki, Zelenskinin səfəri zamanı “Ukrayna və Rusiya arasında davam edən müharibənin gedişi, taxıl dəhlizi üzrə sazişin icrasının davam etdirilməsi mövzusunda təmaslarla bağlı son vəziyyət ətraflı müzakirə olunacaq”.
Bundan əlavə, münaqişənin həlli yolları və “regionda davamlı sülhə” gətirib çıxara biləcək həll yolları barədə fikir mübadiləsi də planlaşdırılır.
Qeyd edək ki, Türkiyə və Ukrayna prezidentlərinin əvvəlki görüşü 2023-cü il iyulun 7-də baş tutub.
Oxşar xəbərlər
Volodimir Zelenski Kupyanskda cəbhə xəttinə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putinlə danışmaq? Aldada bilmərəm... - Zelenski [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan İlon Maskla görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenskinin Baltikyanı ölkələrə səfəri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












