Türkiyənin ticarət naziri: Suriyada aparılacaq yenidənqurma və bərpa işlərinə dəstəyimiz tamdır
sizinxeber.az xəbər saytı

Türkiyənin ticarət naziri: Suriyada aparılacaq yenidənqurma və bərpa işlərinə dəstəyimiz tamdır


Türkiyənin ticarət naziri Ömer Bolat Dəməşqə səfəri çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Nidal əş-Şaar ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq istiqamətlərini müzakirə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə nazir "X"də yazıb.

Bildirilib ki, görüş zamanı tərəflər ticarət, investisiyalar, infrastruktur, nəqliyyat, enerji, maliyyə, səhiyyə və gömrük sahələrində atacaqları birgə addımlar barədə fikir mübadiləsi aparıblar.

"Ticarət nazirliklərinin nümayəndə heyətləri arasında keçirilən ilk toplantılarda müzakirə olunan mövzuları bu gün daha geniş çərçivədə müzakirə etmək və atılacaq addımları qiymətləndirmək imkanı oldu. Suriyada vətəndaş müharibəsindən sonrakı dövrdə aparılacaq yenidənqurma və bərpa işlərinə dəstəyimiz tamdır. Bu çərçivədə Türkiyə 8 dekabr inqilabından sonra Hələb və Dəməşqdə ticarət nümayəndəlikləri açdıq",-məlumatda qeyd edilib.

Vurğulanıb ki, Türkiyə və Suriya yeni dövrdə əlaqələrini çoxşaxəli şəkildə inkişaf etdirmək üçün tarixi fürsətə malikdir:

"Suriyanın ehtiyacları və tələbləri istiqamətində iş dünyamızla birlikdə investisiyadan xidmətlərə, infrastrukturdan ticarətə qədər geniş bir sahədə əməkdaşlığa açıq olduğumuzu vurğuladıq".

Oxşar xəbərlər

Türkiyəli nazir: Qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəsi müəyyənləşdirəcəyik
Türkiyənin ticarət naziri Azərbaycana səfərə gəlir
Türkiyə və Özbəkistan yaxın gələcəkdə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır
Nazir: Türkiyə ABŞ-lə yeni idxal rüsumunun ləğvini müzakirə etmək niyyətindədir
Türkiyə ilə Rusiya arasında ticarət həcmi aşağı düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər