Türkiyəli nazir: Qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəsi müəyyənləşdirəcəyik
sizinxeber.az xəbər saytı

Türkiyəli nazir: Qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəsi müəyyənləşdirəcəyik


Qarşıdakı dövrdə Azərbaycan və Özbəkistanla birgə atılacaq konkret addımlar üçün yol xəritəsi müəyyənləşdiriləcək.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.

O qeyd edib ki, bugünkü iclasda üçtərəfli formatda siyasi-iqtisadi əməkdaşlığa dair imkanlar müzakirə olunacaq:

“İlk gündəm maddəsi olaraq xarici siyasət və regional əməkdaşlıq mövzusunda bizə birbaşa təsir edən məsələləri müzakirə edəcəyik. İkinci əsas müzakirə mövzusu ticarət, iqtisadiyyat, əməkdaşlığın genişləndirilməsi məsələsini təşkil edir. Türkiyənin ticarət həcmi ilbəil artmaqdadır. Bu çərçivədə Türk dünyası ilə də ticarət əlaqələrimiz genişlənir. Türk dövlətləri ilə ticarət tərəfdaşlığımızın genişləndirilməsinə, qarşılıqlı investisiyaların artırılmasına xüsusi önəm veririk".

Oxşar xəbərlər

Hakan Fidan: Ortaq coğrafiyada strateji əməkdaşlığa həmişəkindən daha çox ehtiyac duyulur
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin üçtərəfli görüşü başlayıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib
Türkiyə və Özbəkistan yaxın gələcəkdə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır
Bişkekdə TDT-yə üzv ölkələrin nazirlərinin toplantısı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər