Simonyan xəritə yaydı: Tavuşda heç bir kəndi vermirik
Ermənistan parlamentinin spikeri Alen Simonyan Tavuşda hansısa kənd və ya qəsəbənin Azərbaycana verilmədiyini bildirən paylaşım edib.
Axar.az xəbər verir ki, Simonyan ümumiyyətlə belə bir müzakirənin getmədiyini vurğulayıb.
O qeyd edib ki, Tavuşda hansısa kəndin veriləcəyini nə o deyib, nə də komanda yoldaşları:
“Getmək, sərhəd kəndlərinə girib reallığı, deyilənləri manipulyasiya edərək ehtirasları qızışdırmaq, insanların duyğuları ilə oynamaq ən son keyfiyyətlərin əyani sübutudur. Belə şeylər heç kimə siyasi divident gətirə bilməz”.
O vurğulayıb ki, Ermənistan Respublikasının aydın xəritəsi var:
“O xəritə ilə biz müstəqil olduq və bu, müzakirə mövzusu deyil”.
Simonyan paylaşdığı xəritədə Qazaxın hazırda Ermənistanda işğal altında olan anklav olmayan 4 kəndinin Azərbaycan sərhədləri daxilində olduğu, digər 3 kəndimizin isə eksklavımız olduğu açıq-aydın görünür. Eyni zamanda Naxçıvanın Kərki kəndinin də Azərbaycan ərazisi olduğunu Simonyan bu xəritə ilə təsdiqləyib və Ermənistanın hansısa kəndinin verilmədiyini, Azərbaycanın öz kəndlərinin qaytarıldığını izah edib.
Oxşar xəbərlər
Alen Simonyan: “KTMT sənədləri Ermənistanın maraqlarına zidd olarsa, onları imzalamayacağıq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Simonyan: “Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Simonyan qohumunu Parisə aparmaq üçün parlamentdə işə götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlərin görüşü: Makron yenə hər şeyi sıfırlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












