İrəvanda nəqliyyat tariflərinin artırılmasına qarşı etiraz aksiyaları dörd gündür davam edir
sizinxeber.az xəbər saytı

İrəvanda nəqliyyat tariflərinin artırılmasına qarşı etiraz aksiyaları dörd gündür davam edir


İrəvanda nəqliyyat tariflərinin artırılmasına qarşı etiraz aksiyaları dörd gündür davam edir.

“Report” xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, onlar 150 dram (təxminən 40 sentdən bir qədər az) ödəməkdən imtina edirlər. Şəhər sakinləri tariflərin artırılmasını əsassız hesab edir və bunda manipulyasiya görürlər.

Aksiya iştirakçılarının çoxu xatırladıb ki, əvvəlcə meriya tarifin 300 dramdan aşağı ola bilməyəcəyini bildirirdi, lakin kütləvi narazılıqdan sonra onu 150 drama endirib. Digər sərnişinlər gediş haqqının ödənilməsi üçün istifadə olunan “Telcell” sistemindən narazılıqlarını bildiriblər.

Onların sözlərinə görə, sistemdə həll olunmamış problemlər var. Bəzən onun təqdim etdiyi QR-kodlar işləmir, bank kartı ilə ödəniş zamanı isə nəzərdə tutulandan daha çox məbləğ silinir.

Oxşar xəbərlər

İrəvanda on minlərlə insan nəqliyyatda gediş haqlarının artırılmasına etiraz edir
Rumıniyada fermerlərin və yük maşını sürücülərinin etirazları davam edir
Sabah İrəvanda nəqliyyat daha geniş miqyasda boykot olunacaq
Tbilisidə parlament qarşısında növbəti aksiya başlayıb
İrəvanda hökumət binası qarşısında yenidən etiraz aksiyası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle