Rusiya və Ukrayna apreldə əsirlər üçün ayrı-ayrılıqda 1,5 min bağlama göndərəcək
sizinxeber.az xəbər saytı

Rusiya və Ukrayna apreldə əsirlər üçün ayrı-ayrılıqda 1,5 min bağlama göndərəcək


Rusiya və Ukrayna apreldə hər iki ölkədəki əsirlər üçün ayrı-ayrılıqda 1,5 min bağlama göndərəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Tatyana Moskalkova bildirib.

"Üçüncü dəfədir ki, evdən məktublar, uşaq rəsmləri, əşyalar, uşaqların olduğu şəraitdə faydalı ola biləcək zəruri dəstlərdən ibarət bağlamaların göndərilməsi aksiyası keçirəcəyik. Bağlamalar toplanıb və bu ay onların təhvil verilməsinə başlanacaq. Hər iki tərəfdən 1500 bağlama var", - o bildirib.

Ombudsman vurğulayıb ki, bu aksiyada Beynəlxalq Qırmızı Xaç Komitəsi fəal şəkildə iştirak edir. "Onlar həqiqətən kömək edirlər", - T.Moskalkova əlavə edib.

Oxşar xəbərlər

Belarusda Rusiya və Ukrayna Ombudsmanlarının görüşü keçirilib
Kursk vilayətinin 46 sakini Ukraynadan Rusiyaya qaytarılıb
Naxçıvanın Ombudsmanı: İqlim dəyişmələri ciddi insan hüquqları problemidir
Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb
Türkiyə Ukraynada rusiyalı məhbusların ziyarət edilməsi ilə bağlı hesabatı Rusiyaya göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər