Türkiyə müttəfiq ölkələr üçün daha 150 “KAAN” istehsal edəcək
sizinxeber.az xəbər saytı

Türkiyə müttəfiq ölkələr üçün daha 150 “KAAN” istehsal edəcək


Türkiyə müttəfiq ölkələr üçün daha 150 ədəd "KAAN" pilotsuz döyüş təyyarəsi istehsal edəcək.

“Sizinxeber.az” “Star”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin TUSAŞ şirkətinin baş katibi Mehmet Demiroğlu bildirib.

Bu planın konkret olaraq hansı müddətə icra ediləcəyi açıqlanmasa da, qardaş və müttəfiq ölkələrdən bu döyüş təyyarəsinə çox ciddi maraq olduğu vurğulanıb

"Qarşıdakı illərdə, ilk növbədə, öz Hava Qüvvələrimizin ehtiyaclarını ödəmək şərti ilə cəmi 250-300 ədəd "KAAN" istehsal etməyi planlaşdırırıq", -M.Demiroğlu deyib.

Qeyd edək ki, KAAN Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.

Oxşar xəbərlər

Türkiyənin yeni hücum pilotsuz təyyarəsi ANKA-3 ilk uçuşunu həyata keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bayraqdar" dünyaya necə səs saldı? - "Blumberq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Yaponiya PUA-lar istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada ABŞ-dan pilotsuz döyüş təyyarələri alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yumurta bahalaşa bilər – 5 günə Rusiyaya 72 ton göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər