Zaxarova: Rusiya XİN Buça səfərindən sonra Ermənistan XİN-ə etiraz notası göndərib
Ermənistan nümayəndə heyəti Buçaya səfər etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi erməni həmkarlarına etiraz notası göndərib.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “NEWS.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini qeyri-dost addım kimi qiymətləndirir, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsi kimi qiymətləndirir.
“Biz paytaxtın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistanın diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Biz onların Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik”, – Zaxarova bildirib.
O xatırladıb ki, Ter-Marqaryan qərbyönlü Respublika Partiyasının sədri Aram Sarkisyanın müttəfiqidir, ona görə də onun reaksiyası tamamilə başa düşüləndir. Zaxarova həmçinin Ermənistan iqtidarının bu cür bəyanatlarla uzlaşmasından təəssüflənib.
Oxşar xəbərlər
Zaxarovadan Ermənistan XİN-ə şillə kimi cavab [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda saxlanılanlar bizim məsələmiz deyil – Zaxarova [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bunlar Ermənistanın açıq antirusiya addımıdır - Zaxarova [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova Rusiyanın Qarabağa humanitar yardımını şərh etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Rusiyaya nota verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












