Zaxarova Rusiyanın Qarabağa humanitar yardımını şərh etdi
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Qarabağa humanitar yardımını şərh edib.
Müvafiq bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
Zaxarova qeyd edib ki, Rusiya XİN başçısı Sergey Lavrovun 25 iyulda Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüş zamanı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Laçın və Ağdamın yollarının paralel açılması sxemi bu işdə maraqlı olan bütün tərəflərlə birgə işlənib hazırlanıb:
“Mövqelərin əhəmiyyətli dərəcədə fərqli olduğunu və qarşılıqlı etimadsızlığın yüksək olduğunu nəzərə alsaq, bu işin irəliləməsi asan olmadı. İlk addım olaraq 12 sentyabrda ümumrusiya ictimai təşkilatı “Rusiya Qırmızı Xaç Cəmiyyəti”nin xətti ilə bölgəyə humanitar yardım partiyası çatdırılıb”.
Onun sözlərinə görə, Qarabağın erməni sakinlərinə 15 tona yaxın ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri verilib.
“Əvvəllər əldə edilmiş anlaşma nəzərə alınmaqla, yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın dəhlizinin də açılacağını və bundan sonra humanitar yardımın hər iki istiqamətdə müntəzəm olaraq maneəsiz şəkildə regiona gedəcəyini gözləyirik.
Ümid edirik ki, bu yolla Qarabağda humanitar vəziyyət sabitləşəcək və yerli əhalinin normal fəaliyyəti bərpa olunacaq.
Bu, öz növbəsində, Bakı ilə Xankəndi arasında dialoqun başlanmasına və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair 2020-2022-ci illər üçün ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlərin bütün kompleks tədbirlərinin həyata keçirilməsi üzrə dinamik işin bərpasına şərait yaradacaq”, – XİN rəsmisi əlavə edib.
Oxşar xəbərlər
M.Zaxarova: “Rusiya Laçın və Ağdam-Xankəndi yollarının eyni vaxtda açılmasını müsbət qiymətləndirib” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda saxlanılanlar bizim məsələmiz deyil – Zaxarova [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarovadan Ermənistan XİN-ə şillə kimi cavab [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mariya Zaxarova: “Ermənistan üçün ən vacib qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Qarabağda vəziyyətin kəskin gərginləşməsindən narahat olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












