Türkiyədə illik inflyasiya 74,9%-ə çata bilər
Türkiyədə illik inflyasiya may ayında təxminən 75 faizə çata bilər ki, bu da son 18 ayın ən yüksək göstəricisidir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Dünya” qəzeti yazıb.
Türkiyə Statistika İnstitutunun rəsmi məlumatına görə, bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da ölkədə may ayı üçün illik inflyasiya ilə bağlı təqdimat keçirilməsi planlaşdırılır.
Hökumət nümayəndələri, o cümlədən prezident və Mərkəzi Bankın rəhbəri inflyasiyanın may ayında pik həddə çatacağına, iyun ayından isə sürətli enişin olacağına dair fikirlərini bildiriblər.
İnstitutun məlumatına görə, aprel ayında Türkiyədə illik inflyasiya mart ayındaki 68,5%-dən 69,8%-ə yüksəlib.
Müxtəlif sektorları təmsil edən 67 bazar iştirakçısı arasında aparılan sorğuya əsasən, may ayında gözlənilən aylıq inflyasiya 3,04 faiz təşkil edib. Bu məlumatlar təsdiqlənərsə, may ayının sonuna kimi illik inflyasiya 74,9 faiz təşkil etmiş olacaq.
Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək daha əvvəl ölkə hökumətinin 2026-cı ilə qədər sabit inflyasiyaya olmaq niyyətini açıqlamışdı.
Oxşar xəbərlər
Türkiyədə illik inflyasiya 64,77 %-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk lirəsinin məzənnəsi yenidən tarixi minimuma enib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentinada illik inflyasiya 90-cı illərdən bəri ilk dəfə 211 faizi ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda illik inflyasiya 1.3%-ə enib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADB: Azərbaycanda məzənnə sabitliyi idxal inflyasiyanın təsirini yumşaldacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












