ADB: Azərbaycanda məzənnə sabitliyi idxal inflyasiyanın təsirini yumşaldacaq
Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə daha sürətli iqtisadi artımla 6,5 %-dək yüksələcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə bankın bu gün yenilədiyi “Asiyanın inkişaf perspektivləri”nin aprel hesabatında deyilir.
Xatırladaq ki, ADB-nin əvvəlki (sentyabr 2023) qiymətləndirməsinə əsasən, 2024-cü il üçün inflyasiya 8,5 % səviyyəsində proqnozlaşdırılmışdı.
“İnflyasiya nəzarətdə saxlanılmalı və hökumət proqnozlaşdırılan dövr ərzində qiymətlərə nəzarət etməlidir. Məzənnənin sabitliyinin qorunması idxal inflyasiyasının təsirini yumşaldacaq. Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini ən azı 2024-cü ilin ortalarına qədər eyni səviyyədə saxlayacağı gözlənilir, dəyişikliklər etməzdən əvvəl isə qiymət dinamikasını və istehlakçı əhval-ruhiyyəsini izlənəcək”, - bankdan qeyd ediblər.
ADB-nin analitikləri hesab edirlər ki, Azərbaycan manatının ABŞ dollarına nisbətdə sabit qalması ötən il idxal olunan inflyasiya təzyiqinin qarşısını almağa kömək edib. 2023-cü ilin may ayına qədər AMB uçot dərəcəsini üç mərhələdə 8,25 %-dən 9 %-ə qaldırıb, sonra isə inflyasiyanın azalması ilə oktyabr-dekabr aylarında iki mərhələdə onu 8 %-ə, 2024-cü ildə isə fevralda 7,75 %-ə, martda 7,5 %-ə endirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 101 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-ərzaq malları üzrə 101,4 %, əhaliyə göstərilən pullu xidmətlərə görə isə 102,5 % təşkil edib.
Azərbaycanda 2024-cü ilin mart ayında inflyasiya fevraldakı 0,6 % qarşılığında 0,2 % olub, il ərzində isə 0,4 % təşkil edib.
Azərbaycan hökuməti 2024-cü il üçün orta illik inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır.
2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.
Oxşar xəbərlər
Taleh Kazımov: "Bu il Azərbaycanda iqtisadi artım 3,5 % proqnozlaşdırılır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə illik inflyasiya 64,77 %-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il maaşlar bu qədər arta bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk lirəsinin məzənnəsi yenidən tarixi minimuma enib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentinada illik inflyasiya 90-cı illərdən bəri ilk dəfə 211 faizi ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












