Qırğızıstan Tacikistanla sərhəddə münaqişəli əraziləri mübadilə edib
Qırğızıstan Tacikistanla sərhədin delimitasiyası çərçivəsində vaxtaşırı münaqişəli vəziyyətlərin yarandığı əraziləri mübadilə edib.
"Report" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov "Kabar" agentliyinə müsahibəsində deyib.
"Torpaq mübadiləsi zamanı iki tərəf də strateji məqsədləri rəhbər tutmayıb. Biz yalnız daim münaqişələrin yarandığı əraziləri mübadilə etdik", - o, Tacikistanla sərhədin delimitasiyası haqqında fevralın 21-də imzalanmış sənədi şərh edərkən bildirib.
S.Japarovun sözlərinə görə, ölkələr arasında mübadilə edilən torpaq sahələri ya anklavlardır, ya da sərhəddə şahmat qaydası ilə yerləşib.
Qırğızıstan Prezidenti bildirib ki, Tacikistanla sərhəd məsələsi “əbədi həll olunub”: "Hər şey bitdi, nöqtə qoyuldu, hər iki tərəfin maraqları nəzərə alındı. Sərhəd haqqında çox şey demək olar. Amma hələ vaxtı deyil. Qoy hər şey başa çatsın və sonra deyərik. O zaman tarix bizi mühakimə edəcək. Əminəm ki, o bizə "əla" qiymət verəcək".
Oxşar xəbərlər
Qırğızıstan Prezidenti: Bişkek və Düşənbə sərhədlərin delimitasiyasını başa çatdırıb
Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasında münasibətlər görünməmiş səviyyəyə çatıb”
Qırğızıstan prezidenti Çinə dövlət səfəri edəcək
Qırğızıstanda Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib
Qırğızıstan Prezidenti: Qanunsuz hərəkətlərin qarşısını daha əvvəl almaq olardı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











