

Rusiyada miqrantlara evlərin kirayə verilmə qaydaları sərtləşdirilə bilər
Rusiyada miqrantlara mənzillərin kirayə verilmə qaydaları sərtləşdirilə bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskinin rəhbərlik etdiyi bir qrup deputatın hazırladığı qanun layihəsində deyilir.
“Biz Rusiya Federasiyasının Mülki Məcəlləsinə Belarus Respublikası vətəndaşları istisna olmaqla, miqrantlar tərəfindən yaşayış binalarındakı mənzillərin kirayəsi ilə bağlı tələbləri sərtləşdirən bir sıra düzəlişlər hazırlamışıq”, -deyə rusiyalı siyasətçi qeyd edib.
Sənədə əsasən, əcnəbilər artıq yaşayış evi ilə bağlı kirayə müqaviləsi bağlamağa məcbur olacaq. Belə bir müqavilənin maksimum müddəti bir ildən çox ola bilməz. Bundan başqa, müqavilədə onun müddəti göstərilməyibsə, o da bir il müddətinə bağlanmış sayılır. Təşəbbüs müəllifləri qeyd edib ki, belə bir razılaşmanın müddəti hazırda beş ilə çata bilər.
Oxşar xəbərlər
Rusiyada miqrantlarla bağlı yeni qanun hazırlanıb, mənzil bir illik icarəyə veriləcək
Rusiyaya iş üçün gedən əcnəbilərə ailələrini özləri ilə gətirmək qadağan olunacaq
Kirayənişin hansı hallarda evdən çıxarıla bilər?
Rusiya Liberal Demokrat Partiyasının lideri Azərbaycanı ən vacib tərəfdaş adlandırıb
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı yeni qaydalar qüvvəyə minib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
