Papuaşvili: Müxalifət liderlərinin təbliğat alətləri xarici hökumətlər tərəfindən maliyyələşdirilib
sizinxeber.az xəbər saytı

Papuaşvili: Müxalifət liderlərinin təbliğat alətləri xarici hökumətlər tərəfindən maliyyələşdirilib


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili hesab edir ki, telekanalların xarici mənbələrdən maliyyələşdirilməsinin qadağan olunmasına radikal müxalifətin sərt reaksiyası onların bu prosesdən faydalandığını göstərir.

“Report”un yerli bürosu xəbər verir ki, Papuaşvili bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

O, bu məsələnin araşdırılmasının vacib olduğunu vurğulayıb: 

“İndiyə qədər heç yerdə açıq şəkildə bildirilməyib ki, Qvaramiya, Xazaradze və Kezeraşvilinin partiya təbliğat alətləri xarici hökumətlər tərəfindən maliyyələşdirilib. Ona görə də bu məsələnin aydınlaşdırılması vacibdir. Əgər bu fakt təsdiqlənərsə, Gürcüstanda parlament seçkilərinə qanunsuz xarici müdaxilənin daha bir sübutu olacaq”. 

Oxşar xəbərlər

Gürcüstan parlamentinin sədri 49 deputatın mandatının ləğvinin səbəbini açıqlayıb
Şalva Papuaşvili: Gürcüstanı münaqişəyə cəlb etmək müxalifətin seçki vədidir
Papuaşvili: Gürcüstan hökuməti pirotexnikanın idxalını məhdudlaşdırmağı planlaşdırır
Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər