Gürcüstan parlamentinin sədri 49 deputatın mandatının ləğvinin səbəbini açıqlayıb
Demokratik prinsipləri və Gürcüstan xalqını şantaj etməyə çalışanlara ədalətli, konstitusiyaya və qanuna uyğun şəkildə cavab veriləcək.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili üç müxalifət blokunun 49 deputatın mandatının erkən ləğv edilməsinə münasibət bildirərkən deyib.
O, 2020-ci ildə təşkil edilən və bəzi yerli və xarici qeyri-hökumət təşkilatlarının dəstəyi ilə həyata keçirilən saxta narrativlərə toxunaraq həmin dövrdə müxalifətin parlamentə daxil olmadığını və bəzən iclaslara qatılmadığını qeyd edib.
Ş.Papuaşvili bu mövzuda radikal müxalifətin həmçinin 2024-cü il seçkilərini ləğv etməyə və xalqın iradəsini rədd etməyə cəhd göstərdiyini vurğulayıb.
O, radikal müxalifətin və onun daxili və xarici tərəfdarlarının Gürcüstan konstitusiyasını və demokratik sistemini alt-üst etməyə çalışmasına qarşı sərt mövqe sərgiləyib və bununla bağlı ədalətli cavab veriləcəyini söyləyib.
Oxşar xəbərlər
Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
Gürcüstan Parlamentinin vitse-spikeri: Aksiyalar zamanı radikal müxalifət ekstremist hərəkətlərə əl atıb
Papuaşvili: Gürcüstan hökuməti pirotexnikanın idxalını məhdudlaşdırmağı planlaşdırır
Şalva Papuaşvili: Gürcüstanı münaqişəyə cəlb etmək müxalifətin seçki vədidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













