Kavelaşvili: Ümid edirik ki, ABŞ administrasiyasının Gürcüstana qarşı ədalətsiz mövqeyi dəyişəcək
sizinxeber.az xəbər saytı

Kavelaşvili: Ümid edirik ki, ABŞ administrasiyasının Gürcüstana qarşı ədalətsiz mövqeyi dəyişəcək


Ümid edirik ki, ABŞ administrasiyasının Gürcüstana qarşı ədalətsiz mövqeyi dəyişəcək və Donald Trampın gəlişi Avropa İttifaqı (Aİ) -Gürcüstan münasibətlərinə də təsir göstərəcək.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bunun ölkənin Prezidenti Mixeil Kavelaşvili Fransa "Radio Courtoisie" radiosuna müsahibəsində bildirib.

O qeyd edib ki, bəzi liberal liderlərin indi Trampın mövqeyinə uyğunlaşmağa çalışması gülüncdür:

"Biz kiçik ölkəyik və xatırlatmaq istəyirik ki, Gürcüstana qarşı bu təzyiqlər Ukraynada müharibə başlayandan sonra artdı. Gürcü xalqı müdrikliklə seçdiyimiz sülh yolunu dəstəklədi. Bu gün bizim mövqeyimiz aydındır: Ukraynadakı bu müharibə bitməlidir. Müharibə başlayanda biz dərhal bildirdik ki, bu, Ukrayna üçün dağıdıcı olacaq və dayandırılmalıdır. Bu gün Tramp da eyni şeyi deyir, lakin biz onun mövqeyini izləmədik – biz bunu müharibənin ilk günündən söyləyirdik”.

M.Kavelaşvili əlavə edib ki, Gürcüstana sanksiyalara qoşulmaq, Ukraynaya könüllülər göndərmək və müharibəni dəstəkləmək təklifləri edilirdi.

"Halbuki biz nə NATO-nun, nə də Avropa İttifaqının üzvüyük. Ölkəmizin 20%-i işğal altındadır. Bizi nüvə gücü qarşısında tək qoyurdular, sadəcə vədlərlə - "Davam edin, biz sizə silah göndərəcəyik". Gənc avropapərəstlər bizi Rusiyaya qarşı müharibəyə çağırırdı. O zaman hökumət bu təzyiqə boyun əyməli idimi? Gürcü xalqı sülh yolunu qorumaq üçün bizə güclü dəstək verdi. Tarix bir gün qəbul edəcək ki, biz ölkəni xilas etdik. Biz xalqımıza həqiqəti deməliydik. Təəssüf edirəm ki, o vaxt prezident Salome Zurabişvili Moldova və Ukraynanın arxasında dayanmışdı”, - Prezident vurğulayıb.

Oxşar xəbərlər

Trampın yaxın tərəfdaşı: ABŞ Gürcüstana qarşı ədalətsiz qərarlar qəbul edib
Trampın yaxın tərəfdaşı: ABŞ-də Gürcüstana qarşı ədalətsiz qərarlar qəbul edilib
Gürcüstan Prezidenti: Ölkədə mövcud siyasi böhran süni şəkildə yaradılıb
Kobaxidze: Trampın hakimiyyətdə olacağı dörd ilin sakit keçəcəyinə ümid edirik
Mixeil Kavelaşvili: Gürcüstanın öz dəyərlərindən imtina edərək Aİ-yə daxil olmasının mənası yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle