Ötən il Gürcüstandan Azərbaycana 63 min dollar dəyərində bal ixrac edilib
sizinxeber.az xəbər saytı

Ötən il Gürcüstandan Azərbaycana 63 min dollar dəyərində bal ixrac edilib


2024-cü ildə Gürcüstandan Azərbaycana 63 min 200 ABŞ dolları dəyərində bal ixrac edilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin nüfuzlu iqtisadi nəşri "bm.ge"nin yaydığı məlumata qeyd edilib.

Məlumata görə, ümumilikdə 2024-cü ildə Gürcüstanın bal ixracı kəskin azalıb. Belə ki, il ərzində 33.8 ton bal ixrac edilib, bu da 2023-cü illə müqayisədə 64.41% dəyər, 69.4% isə həcm baxımından azalma deməkdir.

Bildirilib ki, Gürcüstanın bal ixracında Azərbaycan əsas bazar olaraq qalır.

"2024-cü ildə bal ixracının əsas bazarları arasında Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, ABŞ, İraq və Yaponiya yer alıb", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Milli Statistika Xidmətinin rəhbəri: Gürcüstanın ümumi ixracında Azərbaycanın payı 11%-dən çoxdur
Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43 % azaldıb
Azərbaycan Gürcüstandan təqribən 2,6 milyon dollar dəyərində elektrik enerjisi alıb
“Azərkosmos”un ixrac gəlirləri 7 %-ə yaxın azalıb
Rusiya 2024-cü ildə Gürcüstandan rekord məbləğdə şərab idxal edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər