İran səfiri: Moskva ilə AES-lərin tikintisi barədə danışıqlar aparırıq
Rusiya və İran, İslam Respublikasında yeni atom elektrik stansiyalarının (AES) yaradılması üçün layihələr və müqavilələrin hazırlanması üzrə danışıqlar aparır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali jurnalistlərə bildirib.
"Bildiyiniz kimi, Rusiya bizdə min meqavat həcmində elektrik enerjisi istehsal edən AES tikib. Rus həmkarlarımızın rəhbərliyi altında daha iki blok tikilir. Yeni atom elektrik stansiyalarının yaradılması üçün yeni layihələr və müqavilələrin müəyyənləşdirilməsi üzrə danışıqların davam etdiyini təsdiq edə bilərəm", - deyə o bildirib.
Səfir vurğulayıb ki, Rusiya və İranın nüvə energetikası sahəsində əməkdaşlığı sırf sülh xarakteri daşıyır: "Nüvə energetikası sahəsində əməkdaşlığımıza gəlincə, o, yaxşı inkişaf edir. Ölkələrimiz arasında sırf sülhsevər xarakter daşıyan nüvə əməkdaşlığı səmərəli şəkildə davam edir".
Diplomat, həmçinin xatırladıb ki, İranda AES əsasında 20 min meqavat həcmində elektrik enerjisi istehsalına nail olmaq barədə qətnamə qəbul edilib.
Oxşar xəbərlər
Serbiya nüvə enerjisi üzrə tədqiqatlara qoyulan moratoriumu ləğv edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
BƏƏ və Çin birgə AES tikə bilərlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və Rusiya nüvə təhlükəsizliyi ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cenevrədə nüvə problemi üzrə danışıqlar keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev Qazaxıstanı inkişaf etmiş nüvə enerjisi olan ölkəyə çevirmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












