Emoməli Rəhmon ilə Devid Kemeron Tacikistan-Britaniya əlaqələrini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Emoməli Rəhmon ilə Devid Kemeron Tacikistan-Britaniya əlaqələrini müzakirə ediblər


Tacikistan Prezidenti Emoməli Rəhmon Mərkəzi Asiya turnesinə Tacikistandan başlayan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronu qəbul edib.

“Report” Tacikistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidmətinin bəyanatında qeyd edilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

“Böyük Britaniyanı Qərbi Avropada mühüm tərəfdaş hesab edirik, ölkəmiz Krallıqla çoxşaxəli əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük diqqət yetirir”, - E.Rəhmon vurğulayıb.

D.Kemeron isə iki ölkə arasında çoxşaxəli əlaqələrin nəzərəçarpacaq dərəcədə genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar sahələrdə əlaqələri müzakirə ediblər.

Görüşün mühüm mövzularından biri də parlamentlərarası əlaqələrin genişləndirilməsi olub.

Tərəflər həmçinin “yaşıl enerji” istehsalı və “yaşıl iqtisadiyyat”a keçid istiqamətində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Oxşar xəbərlər

Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Asiya Azərbaycanla daha güclü tərəfdaşlıqda maraqlıdır - Tacikistan üçün yeni imkanlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İran xarici işlər nazirləri bölgədəki mövcud vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Almaniya XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər