Türkiyə və Almaniya XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər
Türkiyə və Almaniyanın xarici işlər nazirləri Hakan Fidanla Annalena Berbok Qəzzadakı vəziyyəti müzakirə ediblər.
"Report" TRT-yə istinadən xəbər verir ki, görüşdə H.Fidan həmkarına bildirib ki, Qəzzada davam edən qırğınların dərhal dayandırılması üçün tədbirlər görülməlidir.
Görüş zamanı hər iki tərəf Qəzzaya humanitar yardımın çatdırılması üçün daha çox səy göstərilməsi ilə bağlı razılığa gəlib.
NATO çərçivəsində əlaqələrin də müzakirə olunduğu görüşdə Fidan Almaniya ilə enerji sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb.
Ötən il Türkiyə ilə Almaniya arasında ikitərəfli ticarət həcmi təxminən 50 milyard dollar olub, tərəflər bu rəqəmi 60 milyard dollara çatdırmağı hədəfləyir.
Oxşar xəbərlər
Ərdoğan Blinkenlə nələri müzakirə etdi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Rusiyanın XİN başçıları Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ankara və Stokholm İsveçin NATO üzvlüyünün ratifikasiyasını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan Qırğızıstanın ardınca Tacikistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinkenlə Fidan Vaşinqtonda nələri müzakirə etdi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












