sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABC News: İran İsrailə mümkün hücum üçün 100 qanadlı raket hazırlayıb
İran İsrailə mümkün həmlə üçün 100 qanadlı raket hazırlayıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin telekanalı amerikalı rəsmilərə istinadən bildirib.
“ABŞ rəsmiləri İranın İsrailə raket və dron zərbələri ilə hücum etməyə hazır ola biləcəyinə dair göstəriciləri görməyə davam edir. Üç ABŞ rəsmisinin sözlərinə görə, İran mümkün zərbə üçün çoxlu sayda raket hazırlayıb. Rəsmilərdən ikisi deyib ki, İran mümkün zərbə üçün 100-dən çox qanadlı raket hazırlayıb”, – telekanal nəql edib.
Rəsmilərdən biri “İranın İsrailə hücumda istifadə edə biləcəyi xeyli sayda dron hazırladığını” diqqətə çatdırıb.
Rəsmilər deyiblər ki, sözügedən proseslər İranda bir həftədir davam edir.
Oxşar xəbərlər
WSJ: İran rəhbərliyi İsrailə hücumla bağlı yekun qərar verməyib
KİV: ABŞ İranın İsrailə gözlənilən hücumu fonunda iki esminesin yerini dəyişib
İsrailə buna görə hücum edilib - Blinken AÇIQLADI
İran Hərbi Dəniz Qüvvələri yeni dəniz qanadlı raketləri alıb
Bu halda İran darmadağın ediləcək – İsrail xəfiyyəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













