İran Hərbi Dəniz Qüvvələri yeni dəniz qanadlı raketləri alıb
İran Hərbi Dəniz Qüvvələri öz arsenalını “Talaye” və “Nasir” qanadlı raketləri, həmçinin yeni helikopter sistemləri ilə genişləndirir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bildirib.
O qeyd edib ki, çoxmənzilli “Talaie” raket sistemi bütün uçuş boyu yeni hədəfləri müəyyən etməyə qadirdir. “Nasir” dəniz qanadlı raketi 100 km-dən çox məsafədə yerləşən hədəfi vurmaq gücündədir.
Bundan əvvəl İranın hipersəs ballistik raketlərinin yeni nəslini hazırlayacağı məlum olub.
Sentyabrın 3-də Şəhram İrani bəyan edib ki, tezliklə Hərbi Dəniz Qüvvələrinə qoşulacaq “Dəmavənd 2” esminesi hipersəs raketləri ilə təchiz olunacaq.
Oxşar xəbərlər
ABŞ Rusiyadan dəniz məhsullarının idxalına qadağa qoyub
İtaliya Qırmızı dənizdəki gəmiləri qorumaq üçün koalisiyaya qoşula bilər
“Kontakt” ticarət mərkəzlərindəki ən böyük elektronika mağazasını “Dəniz Mall”da açır
Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin sayları məlum oldu - SİYAHI
Bu halda İran darmadağın ediləcək – İsrail xəfiyyəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













