Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb, ekipaj üzvləri ölüb
sizinxeber.az xəbər saytı

Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb, ekipaj üzvləri ölüb


Rusiyanın Voronej vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə yerli “MOYO!” nəşrinə regionun İstintaq Komitəsindən bildirilib.

“Mi-28 hərbi helikopteri Voronej vilayətində qəzaya uğrayıb və yanıb. Faciə yanvarın 1-də baş verib. <…> Müstəntiqlər araşdırmaya başlayıblar”, – nəşr qeyd edib.

Hadisənin təxminən saat 18:00-da baş verdiyi deyilir. Qəzanın səbəbləri bəlli deyil.

Müstəqil “Astra” teleqram kanalı olayda göyərtədə olan hər iki ekipaj üzvünün öldüyünü açıqlayıb. Qəzanın cəbhə xəttindən 250 km məsafədə olduğu qeyd olunub.

Xatırladaq ki, ötən ilin iyulunda ölkənin Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya uğramışdı.

Oxşar xəbərlər

Rusiyada "Mi-28" helikopteri qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub
Rusiyanın Voronej vilayətində hərbi helikopter qəzaya uğrayıb
Rusiyada Mi-28 helikopteri qəzaya uğrayıb
Rusiyada Mi-28 helikopteri qəzaya uğrayıb - YENİLƏNİB
Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər