Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib
sizinxeber.az xəbər saytı

Tokayev təyyarə qəzası zamanı yardım göstərən bir sıra qurumların əməkdaşlarını təltif edib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda qəzaya uğramış təyyarənin sərnişinlərinin xilas edilməsində vətəndaş məsuliyyəti, şücaət və peşəkarlıq göstərmiş ölkə vətəndaşlarını təltif edib.

“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının işçiləri var.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub. Qəza nəticəsində 6 Qzaxıstan vətəndaşı həlak olub.

Oxşar xəbərlər

Aktau yaxınlığındakı təyyarə qəzası nəticəsində həlak olan üç nəfər Qazaxıstanda dəfn edilib
Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları dekabrın 30-da vətənə göndəriləcəklər
Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşı komadan çıxıb
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş
Bolqarıstan Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər