İranda səhiyyə müəssisələrində elektrik enerjisi çatışmazlığı yaranıb
sizinxeber.az xəbər saytı

İranda səhiyyə müəssisələrində elektrik enerjisi çatışmazlığı yaranıb


İranın Səhiyyə Nazirliyinin tapşırığı ilə səhiyyə müəssisələrində elektrik enerjisinin kəsilməsi pasiyentlər və xəstəxanalar üçün problem yaradıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu İranın Nadir Xəstəliklər Assosiasiyasının başçısı Həmidrza Naqarani “Mehr” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, səhiyyə müəssisələrində generatorlar olsa da, elektrik enerjisinin kəsilməsi zamanı ciddi problemlər yaşanır: “Elektrik enerjisinə sahib olmaq istəyirsinizsə, generatoru özünüz quraşdırmalı olacaqsınız. Bu da çox baha başa gəlir və sərfəli deyil”.

Həmidrza Naqarani qeyd edib ki, generatorların işləməsi üçün də çoxlu yanacaq sərf edilir və bu, tibb ocaqlarına ziyan vurur.

Qeyd edək ki, İranda elektrik enerjisi və yanacaq çatışmazlığı yaşanır.

Oxşar xəbərlər

Yevlaxın dörd kəndinə elektrik enerjisinin verilişi dayandırılıb
Xaçmazın 9 kəndində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq
Kubada İES-in fəaliyyətinin dayanması nəticəsində elektrik enerjisi kəsilib
Yevlaxın dörd kəndinə elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
Ukraynada elektrik enerjisinin kütləvi kəsilməsinin səbəbləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər