Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb
Rusiyanın Saxalin vilayətinin Tım rayonunda iki minik avtomobilinin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsi üç nəfərin ölümü ilə nəticələnib.
“Report” -a istinadən xəbər verir ki, bu barədə Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin Saxalin vilayəti üzrə İdarəsi məlumat verib.
“Üç nəfər ölüb, biri həddi-büluğa çatmamış olmaqla iki nəfər isə xəstəxanaya yerləşdirilib”, – agentliyə bildirilib.
İdarənin məlumatına görə, avtomobillərin birində olan qadın və kişi həlak olublar. Digər maşında isə sərnişinləri isə ailədən ibarət olduğu güman edilir: qadın ölüb, kişi və azyaşlı körpə isə xəstəxanaya aparılıb.
İlkin məlumata görə, hadisənin səbəbkarı “Toyota Mark II” markalı avtomobili idarə edən 38 yaşlı qadın olub. O, sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan sükan arxasına keçib; şosedə idarəetməni itirərək qarşı zolağa keçib və “Toyota Chaser”lə toqquşub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Torontoda ağır yol qəzasında 12 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada ağır yol qəzasında dörd nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdaş rayonunda ağır yol qəzası olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada ağır yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda motosikletçi yol qəzasında xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












