sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağdaş rayonunda ağır yol qəzası olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb
Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillərin toqquşması iki nəfərin ölümü ilə nəticələnib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Sizinxeber.az"a bildirilib ki, olayda “VAZ”ın sürücüsü 1967-ci il təvəllüdlü Vidadi Mamedov və 1957-ci il təvəllüdlü sərnişini Qnyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib.
Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DİN Mingəçevirdəki yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB-2
Mingəçevirdə tələbəni avtomobil vuraraq öldürüb - YENİLƏNİB-2
Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb
Torontoda ağır yol qəzasında 12 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













