Britaniya səfiri İran XİN-ə çağırılıb
sizinxeber.az xəbər saytı

Britaniya səfiri İran XİN-ə çağırılıb


Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkliff Tehranla bağlı xoşagəlməz bəyanatlarla əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

XİN-də səfirə sərt etiraz bildirilib.

Bundan əvvəl yanvarın 29-da Böyük Britaniyanın Baş naziri Rişi Sunak iranpərəst qrupların İordaniya-Suriya sərhədindəki Amerika hərbi bazalarından birinə hücumunu şərh edərək, İranı Yaxın Şərqdə gərginliyi azaltmaq üçün hərəkətə keçməyə çağırıb.

Həmin gün Böyük Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısını genişləndirərək yeddi fiziki şəxsi və İslam İnqilabı Keşikçiləri Korpusunun 840 nəfərlik Qüds Qüvvələrini oraya daxil edib.

Oxşar xəbərlər

SEPAH-ın hərbi müşaviri Suriyada həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Almaniyaya nota göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ İordaniyadakı bazaya hücumla bağlı cavab tədbirləri görəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya və ABŞ yaxın günlərdə husilərə qarşı yeni sanksiya elan edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan və Britaniyanın müdafiə nazirləri iki ölkə arasında əməkdaşlığı müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər