Çavuşoğlu: Azərbaycanın hüquqlarının müdafiəsi boynumuzun borcudur
“Bir millət olaraq Azərbaycanın hüquqlarını müdafiə etmək boynumuzun borcudur”.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Can Azərbaycana canımız fəda”, - Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, Çavuşoğlu daha əvvəl Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qərarını qeyri-obyektiv və qeyri-konstruktiv adlandırıb.
“Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir. Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, - keçmiş nazir sosial şəbəkə hesabında yazıb.
Oxşar xəbərlər
AŞPA Bakıya qarşı qətnamə qəbul etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
AŞPA iflasa uğrayan bir təşkilatdır – Səməd Seyidov [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mövlud Çavuşoğlu Qənirə Paşayevadan yazdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna Azərbaycana dəstəyə görə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sevinməyin, qorxun, çünki Bakı məsuliyyətdən azad oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












