AŞPA Bakıya qarşı qətnamə qəbul etdi
Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan sosial şəbəkələrdə məlumat yayıb.
O qeyd edib ki, AŞPA həmçinin eyniadlı tövsiyə qəbul edib.
Rubinyan bildirilib ki, bu sənədlərdə guya Qarabağın erməni əhalisi fiziki “məhv olmaq” təhlükəsi və Azərbaycanın hakimiyyətinin “ermənifobiya siyasəti” səbəbindən öz vətənini tərk etdiyi göstərilir.
“Assambleya Nazirlər Komitəsini Avropa Şurasına üzv ölkələrin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 1994-cü il bəyannaməsinə əsaslanaraq, Azərbaycanla bağlı monitorinq prosesi keçirməyə çağırır.
Azərbaycan öz öhdəliklərini yerinə yetirə bilməsə, Assambleyanın Azərbaycan nümayəndə heyətinin mandatına etiraz etməkdən başqa yolu qalmayacaq (bu o demək olacaq ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakı ən azı məhdudlaşacaq)”, – Rubinyan qeyd edib.
Oxşar xəbərlər
AP Azərbaycana sanksiyalar tələb etdi - Qətnamə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakıdan AŞPA-ya sərt reaksiya: Rədd edirik! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlıların təhlükəsizliyini təmin edəcəkdik - İrəvan [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT TŞ ərəb ölkələrinin Qəzza ilə bağlı humanitar qətnaməsini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Qarabağda vəziyyətin kəskin gərginləşməsindən narahat olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












