sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Manisada ağır yol qəzası olub, ölənlər və yaralananlar var
Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda iki nəfərin ölümü, üç nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” ə istinadən xəbər verir ki, qəza Akhisar – Balıkesir şosesinin Gökçeahmet məhəlləsi qovşağının yaxınlığında baş verib.
Məlumata görə, avtobusla toqquşan avtomobilə daha sonra arxadan gələn iki nəqliyyat vasitəsi çırpılıb.
Qəzada avtomobilin 55 yaşlı sürücüsü olay yerində keçinib. Eyni zamanda, onun həyat yoldaşı da həkimlərin müdaxiləsinə rəğmən ölüb.
Qəza səbəbindən yolda gözləyən avtomobillərə arxadan gələn nəqliyyat vasitələrinin çırpılması nəticəsində biri uşaq olmaqla üç nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağdaş rayonunda ağır yol qəzası olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb
Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var
Sabirabadda avtomobillər toqquşub, ölən var
Torontoda ağır yol qəzasında 12 nəfər yaralanıb
Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













