Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib - YENİLƏNİB
Ödənişli yolda ağır xəsarət alan şəxs Bakıdakı xəstəxanaların birinə göndərilib.
"Report"un Şimal bürosunun məlumatına görə, ödənişli yolun Şabran rayonu ərazisindən keçən hissəsində baş vermiş avtoqəzada xəsarət alan Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Təhməzova Nərmin Elnur qızı paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Qeyd edək ki, avtomobil qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb, onlardan iki nəfərin müalicəsi ambulator davam etdirilir.
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Şimal bürosunun məlumatına görə, "BMW" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib.
Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev, 2003-cü il təvəllüdlü Nərmin Təhməzova, 1998-ci il təvəllüdlü Qocayeva Leyla müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Ölən və xəsarət alanların hamısı Bakı şəhər sakinidirlər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DİN Mingəçevirdəki yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mingəçevirdə tələbəni avtomobil vuraraq öldürüb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB- 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Goranboyda avtomobil qəzası olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












