Ukraynanın Baş prokuroru: ilkin ekspertiza Rusiyanın Şimali Koreya raketlərindən istifadə etdiyini təsdiqləyir
İlkin verilənlərə əsasən, Rusiya hərbçiləri yanvarın 2-də Xarkovu atəşə tutarkən Şimali Koreya istehsalı olan raketlərdən istifadə ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Andriy Kostin telekanalının efirində bildirib.
“İlkin elmi-texniki ekspertizanın nəticələri təsdiq edir ki, yanvarın 2-də Xarkov şəhərinin mərkəzi hissəsinə atılan mərmi Şimali Koreya tərəfindən hazırlanmış qısamənzilli raketdir”.
Onun sözlərinə görə, hazırda hərtərəfli ekspertiza aparılır ki, bu da raketi identifikasiya etməlidir. Kostin əlavə edib ki, prokurorlar hazırda Xarkov və Odessa vilayətlərində son hücumlarda istifadə edilən digər döyüş sursatı fraqmentlərini axtarırlar.
Oxşar xəbərlər
ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır
Çinlə bu ölkə 2024-cü ili “dostluq ili” elan etdi
Kim Çen In: Koreya yarımadasında ən ədavətli iki dövlət var
Hər an müharibə ola bilər - Kim Çen göstəriş verdi
Daha bir münaqişə alovlanır: Cənubi Koreya Sarı dənizdə cavab atəşi təlimləri keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













