Daha bir münaqişə alovlanır: Cənubi Koreya Sarı dənizdə cavab atəşi təlimləri keçirəcək
sizinxeber.az xəbər saytı

Daha bir münaqişə alovlanır: Cənubi Koreya Sarı dənizdə cavab atəşi təlimləri keçirəcək


Şimali Koreyanın artilleriya atəşinə cavab olaraq Cənubi Koreya Dəniz Piyadaları Korpusu bölmələrinin canlı atəş təlimləri keçirəcəyi gözlənilir.
Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Təlimlərdə Yeonpyeondo və Paengnyeondo adalarında yerləşən bölmələrin iştirak edəcəyi gözlənilir. Bundan əvvəl Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat vermişdi ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) sahil artilleriyası Sarı dənizdə yerləşən Yeonpyonqdo və Paenqnyeondo adalarına doğru 200-dən çox mərmi atıb.

Qərargahda verilən məlumatda qeyd edilir ki, Cənubi Koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur. Mərmilər Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin şimalına düşüb.

Qeyd olunur ki, mərmilər 19 sentyabr 2018-ci il tarixli Koreyalararası razılaşma ilə müəyyən edilmiş bufer zonasına düşüb. Razılaşmalar orada artilleriya atəşini qadağan edirdi.  Seulun bu razılaşmaya qismən əməl etməyi dayandırdıqdan daha əvvəl Pxenyan razılaşmadan tamilə imtina etmişdi.


Oxşar xəbərlər

Cənubi Koreya Kim Çen Inın təhdidlərinə hərbi təlimlərlə cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kim Çen In: Koreya yarımadasında ən ədavətli iki dövlət var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hər an müharibə ola bilər - Kim Çen göstəriş verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Koreya paytaxtında son 42 ilin ən güclü qarı yağıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər